Tramp Makronun Fələstin təşəbbüsündən danışıb: Yaxşı oğlandır, amma dediklərinin çəkisi yoxdur

ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib.

APA xəbər verir ki, Donald Tramp Makronun sözlərinin əhəmiyyət daşımadığını vurğulayıb.

“Dediklərinin əhəmiyyəti yoxdur. Onu xoşlayıram, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, – Tramp qeyd edib.

Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button