Tramp Netanyahuya Suriya ilə müharibədən çəkinməyə çağırdı-KİV

ABŞ Prezidenti Donald Tramp dekabrın 1-də İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onu Suriya ilə hərbi eskalasiyadan çəkinməyə və ölkənin hazırkı rəhbərliyini təhrik etməməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ və İsrail mənbələrinə istinadla “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Tramp Netanyahuya yeni Suriya hakimiyyətinin İsraillə dialoqa konstruktiv yanaşdığını bildirib və erkən hərbi addımların vəziyyəti pisləşdirə biləcəyini vurğulayıb.

Bundan əlavə, ABŞ Prezidenti Netanyahuya Qəzzada konflikti həll edən əsas prinsiplərə sadiqliyi artırmağı tövsiyə edib. Xüsusilə, İsrailin nəzarətində olan ərazidə qalan Fələstin hərəkatı HƏMAS-ın silahlı tərəfdarlarının təslim olmasına imkan verilməsi məsələsi vurğulanıb.

Qeyd edək ki, “Axios” daha əvvəl ABŞ-nin İsrail ordusunun Suriya ərazisinə davamlı döyüş əməliyyatlarından narahat olduğunu xəbər vermişdi.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button