Tramp Parisə yola düşdü
ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedib.
“Polise.az” xəbər verir ki, bu barədə TASS AFP-yə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, Trampın ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfəridir.
Kilsənin açılış mərasimindən əvvəl Trampı Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron qəbul edəcək.
2019-cu ildə baş verən yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi təxminən 40 dövlət və hökumət başçısının iştirakı ilə keçiriləcək.
Polise.az