Tramp Petronuda düşmən elan etdi

ABŞ Prezidenti Donald Tramp daha bir dövləti düşmən elan edib. Onun hədəfinə Venesuela lideri Nikolas Madurodan sonra Kolumbiya Prezidenti Qustavo Petronu tuş gəlib. Tramp jurnalistlərə açıqlamasında Petronun ölkəsinə qarşı düşmənçilik etdiyini iddia edib.

Birləşmiş Ştatların rəhbəri Kolumbiyanın çoxlu narkotik istehsal etdiyini və birbaşa ABŞ-yə kokain satdığını bildirib.

Tramp bildirib ki, əgər Qustavo Petro dərs çıxarmasa, Madurodan sonra növbəti hədəf o olacaq.

“O, ABŞ-a qarşı olduqca düşmənçilik mövqeyindədir. Əgər ağıllı olmasa, böyük problemə düşəcək”, -deyə o qeyd edib.

Tramp nə etmək istəyir? Ölkə başçılarını bir-birinin ardınca hədəf almaqda biznesmen prezidentin məqsədi nədir?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında burada başqa niyyətin olduğunu qeyd edib: Trampın 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Birləşmiş Ştatların qeyri-standart siyasi davranışlarını müşahidə etməkdəyik. Artıq ABŞ dünyada sülhün və əmin-amanlığın qarantı kimi çıxış etmir, daha çox özünün siyasi və iqtisadi maraqlarını güdür. Amma bu yolda da Tramp kifayət qədər istehza doğuran hərəkətlərə yol verir. Tramp bu ilin əvvəlində Kanadaya, Qrenlandiyaya, Panama kanalına iddia irəli sürərək, onları ABŞ-yə birləşdirəcəyini elan etmişdi. Ancaq bütün bunlar hələ də baş verməyib. Ona görə də, Trampın iddiaları qeyri-ciddi qarşılanır. O, ölkələrə və proseslərə biznes gözü ilə baxır. Rusiya-Ukrayna müharibəsinə yanaşması da belədir, əvvəlki istəkləri də elə olub. Lakin biznes maraqlarının qarşısında güclü siyasi maneələrin olduğunu qəbul etməsi lazımdır. Birləşmiş Ştatların Venesuelaya qarşı sanksiyalarından sadə insanlar əziyyət çəkir, nəinki dövlət başçısı Maduro. Sirr deyil ki, Amerika neftlə zəngin Venesuelanı ələ keçirmək istəyir. Trampın Kolumbiyaya qarşı iddiaları da çox güman ki, ABŞ-nin iqtisadi maraqlarından qaynaqlanır. Birləşmiş Ştatların mövcud siyasəti onu deməyə əsas verir ki, bu iddialar Kolumbiya üçün ağır nəticələrə gətirib çıxaracaq”.\Cavanşir ABBASLIMusavat.com\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button