Tramp Rusiya və Çini çəkindirmək üçün Qrenlandiyanı satın almağı müzakirə edir

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupu ilə Qrenlandiyanın alınmasını müzakirə edir.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinqdə bildirib.

O, ABŞ-nin Arktika bölgəsində Rusiya və Çinin aqressiv hərəkətlərinin qarşısını almaq üçün Qrenlandiyaya ehtiyacı olduğunu deyib: “Trampın komandası indi potensial alışın necə ola biləcəyini müzakirə edir. Qrenlandiya ABŞ-yə Arktika bölgəsi üzərində daha çox nəzarətə imkan yaradacaq. Bunun bir çox başqa faydaları da var”.

Qeyd edək ki, Tramp iki gün öncə ABŞ və Aİ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyaya sahib çıxmağın vacibliyini vurğulayıb. O iddia edib ki, adaya nəzarət edən Danimarka onun təhlükəsizliyini təmin edə bilmir, Çin və Rusiya gəmiləri isə artıq adanı mühasirəyə alıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button