Tramp Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdi

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə Nyu-Yorkda keçirdiyi görüşdə Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətlərin götürülməsinə açıq olduğunu bildirib.
Polise.az xəbər verir ki,bu barədə ABŞ administrasiyasındakı və Kiyevdəki mənbəyə istinadən “Wall Street Journal” (WSJ) məlumat yayıb .
Nəşrin məlumatına görə, Ukrayna lideri Trampdan uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbələr endirmək üçün icazə istəyib. Tramp bu ehtimala etiraz etməyib, lakin mənbələrə görə, yekun qərarını verməyib.
“Wall Street Journal” yazır ki, gələn həftə Ukrayna missiyası ABŞ müdafiə naziri Pit Heqset və müdafiə nazirinin siyasət üzrə müavini Elbridge Colby ilə bu məsələləri müzakirə etmək üçün Vaşinqtona səfər edəcək. Onlar 2025-ci ilin yazından etibarən ATACMS raketinin istifadəsinə mane olublar. .
“The Telegraph” yazır ki , Zelenski sentyabrın 26-da Trampdan uzaqmənzilli “Tomaqavk” raketlərini istəyib.
Polise.az



