Tramp sülh sazişinə qədər Ukraynaya heç bir təhlükəsizlik zəmanəti verməyəcək

ABŞ administrasiyası Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətləri məsələsini yalnız sülh sazişi imzalandıqdan sonra müzakirə etməyə hazır olacaq.

Polise.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Avropadakı tərəfdaşları ilə danışıqlar zamanı bildirib. Məlumatı “Politico” nəşri öz mənbələrinə istinadən yayıb.

Nəşrin yazdığına görə, Prezident Donald Tramp yalnız razılaşma imzalandıqdan sonra təhlükəsizlik zəmanətləri, habelə digər həssas mövzuların- o cümlədən Ukraynanın ərazi bütövlüyü və xaricdə dondurulmuş Rusiya aktivlərinin taleyi müzakirəsinə hazır olacaq.

Mənbələr əlavə ediblər ki, Rubio öz çıxışında ABŞ-ın danışıqlarda qərəzsiz vasitəçi kimi qəbul edilmədiyini etiraf edib, çünki Vaşinqton Rusiyaya qarşı sanksiyalar tətbiq edir və Ukraynaya hərbi yardım göstərir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button