Tramp: Ukrayna münaqişəsinin davamı dəlilikdir

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Donbasdan Ukrayna Silahlı Qüvvələrinin çıxarılmaması barədə açıqlamasından sonra münaqişənin davam etməsini “dəlilik” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bu müharibənin davam etməsi dəlilikdir”, – deyə Tramp bildirib.
Bundan əvvəl Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasının mümkün olmadığını və ukraynalıların bunu bağışlamayacağını demişdi. Onun sözlərinə görə, Donbasdan imtina Ukrayna cəmiyyətində parçalanmaya səbəb ola bilər.
Polise.az



