Tramp: Ukraynaya silah-sursatın verilməsi ABŞ-ı həssas vəziyyətə salıb
Dünya ölkələrinə, xüsusən də Ukraynaya silah-sursatın verilməsi ABŞ-ı həssas vəziyyətə salıb.
Polise.az xəbər verir ki, bu fikri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Biz bütün dünyaya, xüsusən də Ukraynaya milyonlarla dollar dəyərində silah-sursat veririk. Çoxlu sayda raketimiz var idi, indi ABŞ-ın silah-sursatı tükənib”, – deyə Tramp qeyd edib.
Polise.az