“Tramp Ukraynaya zəmanət verməyə hazırdır” – “Zəmanətləri Konqres təsdiqləyəcək və onlar məcburi olacaq”

“ABŞ-nin yüksək vəzifəli rəsmisi Tramp administrasiyasının Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan zəmanətlər verməyə hazır olduğunu bildirib. Bu zəmanətlər Konqres tərəfindən təsdiqlənəcək və hüquqi cəhətdən məcburi olacaq”.
“AzPolitika” xəbər verir ki, bunu “Axios” nəşri öz mənbələrinə istinadla yazıb.
Mənbənin sözlərinə görə, “biz ukraynalılara bir tərəfdən boş sözlər olmayan, digər tərəfdən isə kifayət qədər etibarlı olan təhlükəsizlik zəmanətləri vermək istəyirik”.
Nəşr qeyd edir ki, Tramp özü Ukraynaya təhlükəsizlik zəmanətlərinin alınmasında kömək edəcəyinə söz verib.
Xatırladaq ki, Trampın Ukrayna üçün yenilənmiş sülh planının əsas müddəalarına Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması, NATO-nun Kiyevi qəbul etməkdən imtina etməsi, Ukraynada prezident seçkilərinin keçirilməsi və dondurulmuş Rusiya aktivlərinin birgə istifadəsi daxildir. Dekabrın 10-da rəsmi Kiyev həmin müqaviləyə düzəlişlərini Vaşinqtona təqdim edib.
“AzPolitika.info”



