Tramp və Putin arasında keçiriləcək telefon danışığının əsas mövzuları açıqlandı

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Teleqraf xəbər verir ki, D.Tramp bu barədə “Truth” sosial platformasında məlumat verib.
Prezident telefon danışığında atəşkəs və ticarət məsələlərini müzakirə olacağını bildirib.
D.Tramp Putinlə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski və NATO ölkələrinin rəhbərləri ilə əlaqə saxlayacağını da qeyd edib.
Telefon danışığının Bakı vaxtı ilə saat 17:00 radələrində baş tutacağı gözlənilir.
Polise.az