Tramp və Putinin ortaq dostu, Şimali Koreyanın tragikomik lideri Kim Çen İn – VİDEO

Şimali Koreya lideri Kim Çen İn sosial mediada yayılan görüntülərlə yenidən diqqət mərkəzinə düşüb.

Musavat.com-un təqdim etdiyi viral videoda Kim Çen İnin avtomobildən enişi və ətrafındakı qeyri-adi səhnələr izləyənlərdə həm maraq, həm də təəccüb doğurur. Görüntülərdə Şimali Koreya liderinin hər addımını müşayiət edən çoxsaylı mühafizəçilər, qeyri-adi protokol qaydaları və özünəməxsus avtoritar davranışları tragikomik bir mənzərə yaradır.

Lakin bu sadəcə gülməli deyil, həm də düşündürücü və tragik bir reallıqdır. Şimali Koreya dünyada ən qapalı və repressiv rejimlərdən biri olaraq qalır. Kim Çen İn atası və babasından miras qalmış tam diktatura üsul-idarəsini daha da sərtləşdirərək xalqını informasiya blokadasında saxlayır, kütləvi təbliğat və beyin yuma metodları ilə idarə edir.

Şimali Koreyanın geridə qalmışlığı – eyni yarmadada iki fərqli dünya

Eyni Koreya yarımadasının cənub hissəsi – Cənubi Koreya – dünya texnologiyasının və innovasiyanın mərkəzlərindən birinə çevrildiyi halda, Şimali Koreya isə ağır iqtisadi böhran, təcrid və geridə qalmış avtoritar sistem içində çürüyür. Cənubi Koreya elektronika, avtomobil sənayesi və süni intellekt sahəsində dünyanın aparıcı dövlətlərindən biri olsa da, Şimali Koreya aclıq və beynəlxalq sanksiyalarla mübarizə aparır.

Kim Çen İn – həm Putin, həm də Trampın simpatiyasını qazanan lider

Maraqlıdır ki, Kim Çen İn beynəlxalq arenada həm Rusiya prezidenti Vladimir Putin, həm də ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfindən müəyyən simpatiya ilə qarşılanıb.

• Rusiya-Şimali Koreya ittifaqı: Rusiya artıq Şimali Koreya ilə rəsmi müttəfiq dövlət sayılır. Bu yaxınlarda yayılan xəbərlərə görə, Şimali Koreya ordusunun bölmələri artıq Ukraynada Rusiya tərəfində döyüşlərdə iştirak edib və itkilər verib. Moskva Pxenyanla hərbi əməkdaşlığı genişləndirir və ondan sursat alır. Bu ittifaq Qərb ölkələrini narahat edir və ABŞ Şimali Koreyanın Rusiyaya silah satdığına dair sübutlar ortaya qoyub.

• Tramp və Kim Çen İn dostluğu: Donald Tramp 1-ci prezidentliyi dönəmdə Kim Çen İn ilə tarixi görüşlər keçirən ilk ABŞ prezidenti oldu. O, Kim Çen İn ilə əl-ələ görüşüb danışıqlar aparmış, onu yumşaltmağa çalışmışdı. Son aylarda Tramp yenidən Kim Çen İn ilə bağlı müsbət fikirlər səsləndirib və Koreya yarımadasındakı vəziyyətə fərqli baxış bucağı sərgiləyib.

Bu iki nəhəng güc – ABŞ və Rusiya – fərqli geosiyasi maraqlara sahib olsalar da, Kim Çen İn hər iki liderin gündəmində özünəməxsus yer tutur.

Kim Çen İn haqqında maraqlı faktlar

Şimali Koreya lideri 1984-cü ildə anadan olub və atası Kim Çen İrin ölümündən sonra 2011-ci ildə ölkə rəhbəri olub. O, hakimiyyəti dövründə Şimali Koreyanın nüvə proqramını daha da gücləndirib, ölkədə sərt repressiyalar həyata keçirib və beynəlxalq izolyasiyanı dərinləşdirib.

Kim Çen İnin hərbi paradlara, kütləvi yürüşlərə və təbliğat maşınına olan marağı onu müasir dövrün ən avtoritar liderlərindən birinə çevirib. Hər nə qədər onun hakimiyyətindəki qeyri-adi və bəzən tragikomik səhnələr dünya mediasında müzakirə mövzusu olsa da, bu rejimin ölkə xalqı üçün yaratdığı ağır sosial-iqtisadi şərait kədərli bir reallıqdır.

Musavat.com bu videonu təqdim edərək, yazdıqlarımıza möhür vuran mənzərəni oxucusu ilə bölüşür.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button