Tramp Xameneinin hansı ölkəyə qaça biləcəyini açıqladı

İranda rejim indiyədək azı 38 nəfəri öldürüb, 2200-dən çox insanı həbs edib, etirazçılara atəş açılır, amma bu, xalqı dayandırmır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İranda davam edən ümumxalq etirazları ilə bağlı açıqlamasında bildirilib.

“Etirazlar İranın 111 şəhərinə yayılıb, ölkə üzrə iş yerləri və bazarlar bağlanıb. Dəyişiklik tələb edən səslər ölkənin hər yerində əks-səda verir, onlar susmağa hazır deyillər. İran xalqının qətiyyəti görməzlikdən gəlinə bilməyən güclü mesaj göndərir”, – açıqlamada qeyd edilib.

ABŞ Prezidenti Donald Tramp da İranda baş verənləri yaxından izlədiyini bəyan edərək, etirazların hakimiyyət dəyişikliyi ilə nəticələnə biləcəyini vurğulayıb.

Prezident İranın Ali rəhbəri Əli Xameneinin Rusiyaya qaçmaq planının olub-olmaması ilə bağlı suala belə cavab verib: “Bəli, o, hansısa yerə getməyə çalışır”.

Tramp əlavə edib ki, etirazçılar arasında rejimin devrilməsi üçün mövcud olan coşqu və həvəs inanılmazdır.

Amerika lideri “İslam Respublikası dağılmaq üzrədir” sualına cavabında isə söyləyib: “Bu mümkündür.”

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button