TRAMP XAMENEİNİN ÖLDÜYÜNÜ RƏSMƏN TƏSDİQLƏDİ – “Tarixin ən qəddar insanlarından biri olan Xamenei ölüb” (Yenilənib)

ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü bəyan edib.

APA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

Tramp qeyd edib ki, “tarixin ən qəddar insanlarından biri olan Xamenei ölüb”.

O, Xameneinin öldürülməsini həm İran xalqı üçün, həm də amerikalılar və digər insanlar baxımından ədalətli hesab edib.

Onun sözlərinə görə, Xamenei ABŞ-ın kəşfiyyat və yüksək texnoloji izləmə sistemlərindən qaça bilməyib.

“Bu, İran xalqının ölkələrini geri qaytarmaq üçün ən böyük şansıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun, ordunun, digər təhlükəsizlik və polis qüvvələrinin bir çoxunun artıq döyüşmək istəmədiyini və bizdən toxunulmazlıq istədiklərini eşidirik. Dünən gecə dediyim kimi: “indi toxunulmazlıq ala bilərlər, sonra yalnız ölüm onları gözləyir!” Ümid edirəm ki, İslam İnqilabı Keşikçiləri Korpusu və polis İran vətənpərvərləri ilə dinc şəkildə birləşəcək və ölkəni layiq olduğu böyüklüyə qaytarmaq üçün vahid şəkildə çalışacaqlar”.

 

 

İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail baş naziri Benyamin Netanyahuya təqdim edilib.

APA xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

“Reuters“ agentliyi isə İsrail rəsmisinə istinadən məlumat yayıb ki, İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.

Qeyd olunur ki, İsrail rəsmi açıqlama hazırlanır.

Ancaq İran Xameneinin “təhlükəsiz və sağlam” olduğunu bildirir.

***

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali dini liderinin həlak olma ehtimalının artdığını qeyd edib.

“Report” xəbər verir ki, “Ynet” portalı ondan sitat gətirib

“Xameneyinin artıq sağ olmadığına dair əlamətlər artır”, – Netanyahu bildirib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button