Tramp: Ya ABŞ-də zavod tikəcəklər, ya da rüsum ödəyəcəklər

ABŞ Prezidenti Donald Tramp Aİ-yə 50% idxal rüsumunun tətbiqi qərarına yenidən baxmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Mən razılığa gəlmək fikrində deyiləm. Artıq 50%-lik tariflərlə razılaşmamız var. Amma yenə də, Aİ ölkələri burada sənaye müəssisələri inşa etsələr, tariflər tətbiq edilməyəcək. Əgər kimsə gəlib burada zavod tikmək istəsə, onlara güzəşti müzakirə edə bilərik. Ya şirkətlər istehsalı ABŞ-a köçürəcək, ya da tarifləri ödəyəcəklər. Məncə, bu, məqsədəuyğun olardı”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button