Tramp yenidən ABŞ prezidentliyinə namizəd olacaq?
ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı postuna yenidən namizəd olub-olmamaq barədə yekun qərarını vermək istəyir.
Bu barədə Donald Tramp “Fox News” nəşrinə danışıb.
“Bütün sorğuların nəticələrinə əsasən, məndən yenidən namizəd olmağımı istəyirlər. Ancaq biz baxacağıq, düşünəcəyik”, – deyə D.Tramp bildirib.
D.Tramp respublikaçıların 2022-ci ildə keçiriləcək aralıq seçkilərində Konqresin hər iki palatasına nəzarəti qaytara biləcəyinə əminliyini ifadə edib.
“Biz bundan sonra qərar qəbul edəcəyik”, – deyə D.Tramp vurğulayıb.