Tramp yenidən prezident seçilmək üçün müharibəyə başlaya bilər
ABŞ prezidenti Donald Trampın sabiq vəkili Maykl Koen Amerikanın cari liderinin qarşıda gələn prezident seçkilərində yenidən seçilməsi məqsədilə müharibəyə başlaya biləcəyini istisna etmir.
Bu barədə o, “NBC News” telekanalına müsahibəsində bildirib.
“Donald Tramp qələbə qazanmaq üçün əlindən gələni edəcək və düşünürəm ki, bura bülletenlərlə saxtakarlıqlar da (seçkilərdə səs vermək üçün – red.) daxildir. Hesab edirəm ki, vəzifəsindən məhrum olmamaq üçün, o, müharibəyə də başlaya bilər”, – deyə Koen bildirib.
Koen etiraf edib ki, 2020-ci ildə “hakimiyyətin süh yolu ilə” ötürülməyəcəyindən qorxur.