“Tramp yolu” üzrə ABŞ və Ermənistanın işçi qruplarının iclası keçiriləcək

Hazırda ABŞ Ermənistanla “Tramp yolu” layihəsi və birgə memorandumlardan irəli gələn məsələləri işləyib həyata keçirmək üçün strukturlar formalaşdırmaq üzərində işləyir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn deyib.

“Memorandumlar və “Tramp yolu”nun həyata keçirilməsinə rəhbərlik etmək üçün iki hökumətlərarası işçi qrup yaradılıb. İlin sonuna kimi ilk iclaslarını keçirəcəklər. Digər bir məsələ “Tramp yolu”nun planlaşdırılması və tikintisini idarə etmək üçün Ermənistan-ABŞ strukturunun formalaşdırılmasıdır. Hazırda bu konkret strukturla bağlı hüquqi məsələlər aydınlaşdırılır, irəliləyiş xəbərlərini gözləyirik”, – səfir bildirib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button