Tramp Zelenski ilə görüşü uğurlu adlandırdı

ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdikləri mətbuat konfransının nəticələrindən razı qaldığını bildirib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, D. Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada görüşün çox uğurlu keçdiyini vurğulayıb:
“Prezident Zelenski ilə mətbuat konfransı keçirdik. Hər şey çox yaxşı getdi. Hər kəs bir həll yolu axtarır. Çox müsbət bir görüş oldu”.
Polise.az



