Tramp Zelenskini təriflədi – “Cəsur insandır, işləri çox yaxşı gedir”

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə müharibədəki mövqeyini müsbət qiymətləndirərək, Prezident Volodimir Zelenskinin hazırda çox yaxşı mövqedə olduğunu bildirib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Jurnalistin Zelenskinin qalib gəlib-gəlməməsi ilə bağlı sualını cavablandıran ABŞ Prezidenti qeyd edib ki, istənilən baxımdan Ukrayna lideri üçün işlər çox yaxşı gedir, o, özünü çox yaxşı aparır, möhkəm dayanır:

“Deməliyəm ki, o, cəsurdur, əla texnikası, əla insanları və döyüşçüləri var. Düşünürəm ki, çox yaxşı işlər görür”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button