Tramp:”ABŞ-ın Ukrayna üzrə sülh planı Rusiyanı qane edir, Zelenskini yox”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi sülh planı Rusiya tərəfi üçün məqbul görünür.
APA xəbər verir ki, O bunu Kennedi İncəsənət Mərkəzində jurnalistlərlə söhbətində deyib:
“Rusiyaya gəldikdə, düşünürəm ki, bu təklif onları qane edir”.
Tramp həmçinin vurğulayıb ki, sənəd Ukrayna lideri Volodimir Zelenskini qane etmir, baxmayaraq ki, onun ətrafı planı dəstəkləyib:
“Zelenskinin bunu bəyənmədiyinə əmin deyiləm. Onun komandasının xoşuna gəlib, amma Zelenski özü hələ oxumayıb.”
Polise.az



