Trampdan Azərbaycanla bağlı paylaşım – İlham Əliyevlə dost olmaq şərəfdir

ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.

Teleqraf  xəbər verir ki, Ağ Ev rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, – deyə Tramp yazıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button