Trampdan İrana: Artıq o yaxşı adam yoxdur

ABŞ Prezidenti Donald Tramp İranı təhdid edib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib.
“İran özünü toparlaya bilmir. Qeyri-nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllansaydılar, yaxşı olardı”, – Tramp qeyd edib.
ABŞ Prezidenti paylaşdığı fotosunun üzərində isə bu sözləri yazıb: “Artıq o yaxşı adam yoxdur”.




