Trampdan İrana şərt: Həmişəlik imtina edin, anlaşaq

Tehran nüvə silahı yaratmaq planlarından əl çəkərsə, İranla saziş bağlamaq mümkündür.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İranla sövdələşmək, mümkünsə nəsə etmək istəyirəm. Amma o, terrorizmə sponsorluq etməyi, qanlı proksi müharibələri aparmağı dayandırmalı və nüvə silahı yaratmaq məqsədindən həmişəlik imtina etməlidir”, – Tramp bildirib.
Polise.az