Trampın Arktika iddiası böyüyür – Qrenlandiyadan sonra İslandiya da hədəfdə?

ABŞ prezident Donald Trampın İslandiyaya səfir təyin etmək istədiyi respublikaçı siyasətçi Billi Lonqun Vaşinqtonda etdiyi zarafat Şimali Atlantika regionunda diplomatik gərginliyi artırıb.

Musavat.com “Politico” portalına istinadla xəbər verir ki, Lonq iddia olunan çıxışında İslandiyanın “ABŞ-ın 52-ci ştatı olacağını və özünün həmin ştatda qubernatorluq edəcəyini deyib.

İslandiyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı ABŞ səfirliyi ilə əlaqə saxlayıb və səsləndirilən fikirlərin doğruluğunun təsdiqlənməsini tələb edib.

Məsələdən sonra İslandiyada ictimai narazılıq yaranıb və vətəndaşlar xarici işlər naziri Katrin Gunnarsdottira səfir təyinatının rədd olunması üçün petisiya başladıb.

“Bu sözlər yarızarafat səslənsə də, İslandiya və islandlılar üçün təhqiramizdir. Biz azadlığımız uğrunda mübarizə aparmışıq və həmişə ABŞ-yə dost olmuşuq”,-deyə petisiyda bildirilib.

Petisiya ABŞ-dan İslandiyaya daha çox hörmət göstərən başqa səfir namizədi seçməyi tələb edir. Artıq 2 minə yaxın imza toplanıb.

Hadisə Tramp administrasiyasının Danimarkaya məxsus Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək istəyi fonunda baş verib. Tramp açıq şəkildə bildirib ki, ABŞ Qrenlandiyanı “milli təhlükəsizlik üçün” əldə etməlidir və bu prosesin hətta hərbi güclə də reallaşdırıla biləcəyini istisna etməyib.

Qrenlandiya hökuməti isə dəfələrlə ABŞ-a qoşulmaq istəmədiklərini bəyan edib, Avropa liderləri isə Vaşinqtonun bu xəttinin NATO-nu zəiflədə biləcəyindən narahatdırlar. Danimarka rəsmiləri ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi halında bunun transatlantik alyansın sonunu gətirə biləcəyi barədə xəbərdarlıq ediblər.

Billi Lonq isə məsələ ilə bağlı mediaya suallara cavab verməkdən imtina edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button