TRAMPIN AZƏRBAYCANLA BAĞLI İMZALADIĞI MEMORANDUM YAYIMLANDI – Nələr var? + FOTO

ABŞ Prezidenti Donald Trampın Azərbaycanın əlaqədar olaraq “Azadlığa Dəstək Aktı”na (Freedom Support Act) edilən 907-ci düzəlişin fəaliyyətinin dayandırılması barədə imzaladığı memorandumun mətni dərc olunub.

Polise.az xəbər verir ki, memorandum Federal Hökumətinin rəsmi jurnalı “Federal Register” saytında yerləşdirilib.

Sənəddə ABŞ Konstitusiyası və qanunlarının, o cümlədən 2002-ci il Xarici əməliyyatlara, ixrac maliyyələşməsinə və əlaqəli proqramlara dair qanunun (Qanun №107-115) II bölməsinin verdiyi səlahiyyətlərə əsaslanaraq, 907-ci düzəlişin Azərbaycana münasibətdə qüvvədən düşməsinin vacibliyi qeyd olunur.

Sənəddə bildirilir ki, bu qərar ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün vacibdir. Həmçinin, memorandum ABŞ və müttəfiq qüvvələrin döyüş hazırlığını gücləndirir, Azərbaycanın sərhəd təhlükəsizliyi üçün əhəmiyyətlidir.

Sənəddə vurğulanır ki, bu addım Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olmaq üçün aparılan danışıqlara mane olmayacaq və Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

Tramp Dövlət katibinə göstəriş verib ki, qərar Federal Register-də dərc olunsun və ABŞ Konqresinin müvafiq komitələrinə təqdim edilsin.

Xatırladaq ki, sənəd Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda səfəri zamanı imzalanıb.

1455527

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button