Trampın komandası Zelenskinin siyasi rəqibləri ilə gizli danışıq aparıb

ABŞ Prezidenti Donald Trampın komandasının üzvləri Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi rəqibləri ilə görüşüb.

Polise.az  xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, Trampın komandasının yüksək vəzifəli üzvləri Ukrayna müxalifətinin lideri, keçmiş Baş nazir Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenkonun partiyasının üzvləri ilə gizli danışıqlar aparıblar.

Qeyd edilib ki, müzakirələr Ukraynanın tezliklə prezident seçkilərini keçirib-keçirməyəcəyi ilə bağlı olub.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button