Trampın mesajı İranı hiddətləndirdi

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın dialoq çağırışını tənqid edərək, onu “düşmən və cinayətkar davranış”da ittiham edib.

Teleqraf xəbər verir ki, bu bəyanat Trampın Knessetdə (İsrail parlamenti) Tehranla razılaşma əldə etməyə hazır olduğunu bildirdiyi çıxışından sonra səsləndirilib.

Nazirliyin bəyanatında deyilir:

“ABŞ Prezidentinin sülh və dialoq çağırışı Birləşmiş Ştatların İran xalqına qarşı düşmən və cinayətkar davranışı ilə ziddiyyət təşkil edir”.

İyun ayında ABŞ Tehranla aparılan beş raund dolayı nüvə danışıqlarının nəticəsiz qalmasından sonra İsraillə birlikdə İranın nüvə obyektlərinə zərbələr endirib.

Donald Tramp dünən Knessetdə bildirib ki, İran 12 günlük müharibədə böyük zərbə alıb, amma İran və İsrail arasında sülh sazişinin əldə olunması çox gözəl olardı.

İsrailin açıqlamasına görə, İranın hərbi rəhbərləri, nüvə alimləri, uranın zənginləşdirilməsi obyektləri və ballistik raket proqramına qarşı həyata keçirilən genişmiqyaslı hücum İranın İsraili məhv etmək niyyətinə mane olmaq üçün zəruri idi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button