Trampın müşaviri: “Rusiyanı Ukraynanın bu ərazilərindən çıxarmaq qeyri-realdır”
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mike Valtz bildirib ki, Krım da daxil olmaqla, Ukraynanın iddia etmək istədiyi ərazilərdən Rusiyanı tamamilə sıxışdırıb çıxarmaq qeyri-real məqsəddir.
Polise.az xəbər verir ki, o, bu barədə “ABC News” telekanalına müsahibəsində bildirib.
“Mən sadəcə olaraq, bütün rusları Ukraynanın hər qarışından qovacağımızı söyləməyi real hesab etmirəm, hətta prezident Tramp da bu reallığı qəbul edib və mən bunu indi böyük bir addım hesab edirəm “, – Valtz deyib.
Onun sözlərinə görə, münaqişənin diplomatiya yolu ilə bitməsinə diqqət yetirmək lazımdır.
“Gəlin irəli gedək. Bu münaqişəni necə dayandırmaq olar?” – o əlavə edib.
Polise.az