Trampın oğlu Şahzadə Harrinin deportasiya olunacağına eyham vurub

ABŞ-ın sabiq prezidenti Donald Trampın ikinci oğlu Erik Tramp bildirib ki, atası noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, şahzadə Harri deportasiya oluna bilər.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı, avqustun 6-da “Daily Mail” məlumat yayıb.

Qəzet qeyd edir ki, Şahzadə Harri 2020-ci ildən həyat yoldaşı Meqan Markl və iki uşağı ilə birlikdə ABŞ-da yaşayır.

“Bu ikisini məmnuniyyətlə götürə bilərsiniz, bəlkə də onlara daha ehtiyacımız olmaya bilər. Sanki onlar öz adalarındadırlar”, – deyə Erik Tramp bildirib.

Nəşr qeyd edir ki, Harri və Meqan kral ailəsindəki vəzifələrini tərk edərək ABŞ-da yaşamaq niyyətlərini açıqladıqları zaman Donald Tramp onları kraliçaya xəyanət etməkdə ittiham edərək tənqid etmişdi.

Martın 25-də Donald Tramp bildirib ki, p prezident seçiləcəyi təqdirdə, Harrinin ölkədə qalmaq üçün qeyri-qanuni icazə aldığı təsdiqlənərsə, şahzadə Harrini deportasiya edə bilər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button