Trampın Qəzza planı ortaya çıxdı

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı müharibəni dayandırmaq üçün 21 maddədən ibarət plan hazırlayıb.
Bu barədə İsrail mediası məlumat yayıb.
Plan BMT Baş Assambleyası çərçivəsində, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı görüşlərdə müzakirə olunub.
Planın əsas məqamları belədir:
– Bütün girovlar azad ediləcək;
– Qəzzada daimi atəşkəs elan olunacaq;
– İsrail mərhələli şəkildə Qəzzadan çıxacaq;
– Həmas hakimiyyəti sona çatdırılacaq, bölgə silahsızlaşdırılacaq;
– Yüksək vəzifəli Həmas üzvlərinə amnistiya və xaricə çıxış imkanı veriləcək;
– Ərəb ölkələrindən təhlükəsizlik qüvvələri bölgəyə yerləşdiriləcək;
– Fələstin Administrasiyası məhdud formada idarəetməyə cəlb olunacaq;
– İsrail, İordan çayının qərb sahilini ilhaq etməyəcəyinə zəmanət verəcək;
– Qəzza, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ-nin maliyyələşdirdiyi fond vasitəsilə yenidən qurulacaq.
Polise.az



