“Trampın “sualtı diplomatiyası” Putin üçün xəbərdarlıqdır” – “Onun mesajının ünvanı Medvedev deyildi”

ABŞ Prezidenti Donald Tramp Moskvanın təxribatlarına cavab olaraq iki nüvə sualtı qayığını “müvafiq ərazilərə” göndərdiyini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, bunu qeyd edən “The Times”-ın yazdığına görə, Trampın bu bəyanatı təhlükəsizlik kontekstində qeyri-adi görünmür. Çünki ABŞ sualtı qayıqları müntəzəm olaraq Rusiyaya yaxın ərazilərə, xüsusən də gərginliyin artdığı dövrlərdə hərəkət edir. Nəşr hesab edir ki, bu bəyanatın iki məqsədi var: “Trampın qəti hərəkət edən adam olduğunu nümayiş etdirmək və Rusiya lideri Vladimir Putinə siqnal göndərmək”.
Məqalədə vurğulanır ki, Tramp əslində Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin təhdidlərinə cavab versə də, mesajın əsl ünvanı Medvedev deyil: “Bu, Trampın getdikcə daha çox tənqid etdiyi, lakin hələ də dostluğuna və yaxşı işgüzar münasibətlərinə inandığı üçün birbaşa qıcıqlandırmaq istəmədiyi prezident Putindir. Bu, aydındır, çünki Medvedevin yazısı bazar ertəsi dərc edilib, Putin isə cümə günü, Trampın bəyanatından təxminən bir saat əvvəl onun sülh ultimatumunu rədd edib”.
Polise.az



