Tramp:“İranlılar deyir ki, qayıdın, yenə vurun”

ABŞ prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri iranlıların ABŞ-ın hərbi əməliyyatlarına münasibəti ilə bağlı diqqətçəkən iddia səsləndirib.

Ağ Ev sahibinin sözlərinə görə, bəzi iranlılar bombardmanların davam etməsini istəyir.

“Bu insanlar bombaların partladığı yerlərdə yaşayırlar. Biz gedirik, onlar isə deyirlər: ‘Zəhmət olmasa geri qayıdın, qayıdın, qayıdın’”, – deyə Donald Tramp bildirib.

Jurnalistin “iranlılar niyə ABŞ-ın infrastruktur zərbələrini davam etdirməsini istəsin?” sualına cavab verən prezident qeyd edib ki, bunun səbəbi azadlıq arzusu ilə bağlıdır.

“Onlar azadlıq əldə etmək üçün bu əzablara dözməyə hazırdırlar”, -deyə, Tramp qeyd edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button