Trampla Ərdoğanın dil tapması çətin olacaq-səbəblər

“Donald Trampın yeni prezidentlik dövründə Türkiyə Avrasiya ölkələri ilə yaxınlaşa, Qərbdən isə uzaqlaşa bilər”.

Musavat.com xəbər ki, bunu Təhlükəsizlik və Müdafiə Strategiyalarının Tədqiqat və Tətbiqi Mərkəzinin direktoru istefada olan general Fəxri Erenel deyib.

F.Erenel deyib ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlərdəki indiki problemlərin təməli məhz Trampın dövründə qoyulub: “Trampın dövründəki problemlər yenə qalacaq ki, bu da Türkiyəni müəyyən qədər Avrasiya ölkələrinə doğru sövq edə bilər”.

“Eyni zamanda, nəzərə almaq lazımdır ki, Trampın dövründə Aİ ölkələri təhlükəsizlik problemləri ilə üzləşə bilər və bu da öz növbəsində Ankara ilə Aİ arasında münasibətlərin yumşalmasına səbəb ola bilər”, – ekspert hesab edir.

l-436265.jpg (37 KB)

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov da deyib ki, Donald Tramp bir çox başqa hallarda olduğu kimi Türkiyə ilə münasibətlərdə də “isti və soyuq” taktikasına, yəni sərt ritorikadan və təzyiqdən praqmatik danışıqlara və əks istiqamətə keçib. “Məsələn, 2019-cu ilin oktyabrında Tramp özünün “Twitter” səhifəsində yazdığı şərhdə Türkiyə “həddi keçərsə” onun “iqtisadiyyatını məhv etməyə” hazır olduğunu bəyan etmişdi. Eyni zamanda, bir ay sonra 2019-cu ilin noyabrında Rəcəb Ərdoğanla Vaşinqtonda amerikalı həmkarı ilə danışıqlar apardı, Donald Tramp daha yumşaq mövqedən çıxış etdi. ABŞ-ın Qara dəniz bölgəsinə marağının artdığı zamanda bu bölgədə mühüm oyunçu kimi Türkiyəyə diqqət vacibdir. Trampın dövründə Vaşinqtonun Aİ-nin bir sıra aparıcı dövlətləri ilə də münasibətlərinin mürəkkəbləşəcəyi gzləniləndir ki, bu da, Ankara üçün daha geniş manevr imkanları yarada bilər.

Ərdoğan üçün respublikaçılarla dil tapmaq daha asandı, nəinki demokratlarla. Amma bu yaxın bir neçə ildə Vaşinqton-Ankara münasibətlərinin problemsiz olacağı anlamına gəlmir”.

Ekspert hesab edir ki, Türkiyənin daxili siyasəti üçün mühüm dönüş nöqtəsi olan 2028-ci il prezident seçkiləri Trampın Ağ Evdəki yeni müddətinin başa çatması ilə üst-üstə düşəcək. Və bu amil, ən azı 2027-ci ildən, bu cür seçkilərə fəal hazırlığın başlaması, Ankaranı əlavə olaraq Amerikanın təzyiqi ilə üzləşdirə bilər”.

ee0604a3-c470-4a76-8c89-a95553177042.jpg (26 KB)

Ekspertə görə, Trampın ən yaxın münasibət saxladığı İsrailin baş naziri Netanyahudur və Ağ Evin yeni-köhnə rəhbəri yəhudilərin ən ardıcıl və qeyd-şərtsiz dəstəkçisidir. Bu isə müsəlmanları narazı salan vəziyyətdir. Türkiyənin müsəlman dünyasındakı lider rolu da bu konteksdə Trampla münasibətlərin gələcəyi üçün optimist olmağa əsas vermir.

Plise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button