Tramp:“Oxuduqlarınıza inanmayın – biz qalibik”

ABŞ prezidenti Donald Tramp müharibə ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib.

Polise.az Musavat.com-a istinadən  xəbər verir ki, Ağ Ev rəhbəri bəzi aparıcı Amerika nəşrlərinin vəziyyəti təhrif etdiyini və ictimaiyyətdə yanlış təsəvvür yaratdığını bildirib.

Trampın sözlərinə görə, döyüş meydanında proseslər ABŞ üçün uğurlu gedir və ordu öz vəzifəsini yüksək səviyyədə yerinə yetirir. O qeyd edib ki, mediada yaradılan mənzərə ilə reallıq arasında ciddi fərq var.

ABŞ prezidenti xüsusilə “The New York Times”, “The Wall Street Journal” və “The Washington Post” kimi nəşrləri hədəfə alaraq onları “yalan xəbər” yaymaqda suçlayıb. Onun fikrincə, bu media qurumlarını izləyənlərdə ABŞ-nin müharibədə uduzduğu təəssüratı formalaşdırılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button