Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı sənədlər imzalanıb

Almatıda keçirilən “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumunda bir sıra mühüm sənədlər imzalanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Transxəzər marşrutu üzrə dəmir yolu seqmentində mövcud “dar boğazlar”ın aradan qaldırılması məqsədilə tədbirlər planı, nümayəndə heyətlərinin görüşünə dair protokol, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclasının yekunları ilə bağlı kommünike imzalanıb.
Beynəlxalq tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzuları olub.
Polise.az



