Turan ordusu təcili qurulmalıdır – Cihat Yaycı

Qazaxıstanda administrasiyanın iqtisadi təcrübələrinə etirazların artmasının ardından rus əsgərlərinin ölkəyə çağırılması müzakirələri də özü ilə gətirib.

‘Mavi Vətən’ doktrinası ilə gündəmə gələn və minlərlə zabit və astsubayın Türkiyə Silahlı Qüvvələrindən qovulmasını təmin edən ‘FETOMETRE’nin ixtiraçısı, təqaüdçü kontr-admiral Cihat Yaycı Qazaxıstanda baş verənlərlə bağlı maraqlı açıqlama verib.

Yaycı hadisələrin türk dünyası üçün təhlükəli olduğunu və ən qısa zamanda “Turan Ordusu”nun qurulmasının vacibliyini bildirib.

Qazaxıstandakı vəziyyəti “Akit” tərəfdarı qəzeti üçün dəyərləndirən Yaycı, hava limanları, hərbi yaşayış məntəqələri, Aktau limanı və televiziya mərkəzləri kimi strateji ərazilərin Rusiyanın nəzarətində olan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” qüvvələrinin nəzarətində olduğunu bildirib.

“Rusiya Krım və Osetiya kimi nümunələrlə birlikdə Qazaxıstanı da bu layihəyə daxil edərək yeni SSRİ-nin qurulmasının yollarını inkişaf etdirir. Neft və təbii qaz baxımından yeraltı və yerüstü sərvətlərlə zəngin Qazaxıstan öz xüsusiyyətləri ilə Rusiyanın diqqətini çəkən bir ölkədir. Baykonur bazası kimi strateji nöqtələr Rusiyanın hərbi və elmi araşdırmaları üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Qazaxıstanda baş verən ictimai-siyasi dəyişiklik Rusiyanın çoxölçülü maraqlarını və gələcəyə baxışını pozmaq təhlükəsi daşıyır”, – Yaycı bildirib.

TURAN ORDUSU TƏCİLİ QURULMALIDIR.

Cihat Yaycı inteqrasiyaya çalışan türk dövlətləri üçün təkcə sosial-iqtisadi sahədə deyil, həm də hərbi mənada əməkdaşlıq və müdafiə təşkilatı qurulmasının əhəmiyyətini göstərib.

“Bu, Türk dünyasına həyati bir şəkildə xidmət edəcək bir orqana yol açmaq mənasına gələcək. Türk dünyasına həyati bir şəkildə xidmət edəcək. Ermənistan ordusunun KTMT damı altında Qazaxıstana müdaxilə edən ölkələr arasında olması və sözdə sülh gücü ifadəsi ilə fəaliyyətlər həyata keçirməsi bütün türk dünyasının dərs almalı olduğu bir inkişafdır. Sözün mahiyyəti bundan ibarətdir; Turan ordusu qurulmalıdır!”, – Yaycı vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button