Türk əsgərləri yenidən Əfqanıstana qayıdacaq – Taliban
Yeni hökumət qurulduqdan sonra Türkiyə əsgərləri yenidən Əfqanıstana qayıdacaq.
Bunu Taliban Sülh Şurasının sədri Əzizullah Din Məhəmməd deyib.
“Ümid edirəm ki, yeni hökümət qurulduqdan sonra Türkiyə ilə müstəqil əlaqələr qurulacaq. Türk ordusu yenidən buraya gələcək və münasibətlər daha da sıx şəkildə davam edəcək”, – Məhəmməd deyib.