Türk doktorantın deportasiyası barədə qərar təxirə salındı

ABŞ-də federal hakim Bostonda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılan türkiyəli tələbə Rümeysa Öztürk barəsində qərar çıxarıb.

Teleqrafın türk saytlarına istinadən xəbər verir ki, qərar əsasən, türkiyəli doktorantın deportasiyası dayandırılıb.

Massaçusets Bölgə Məhkəməsinin hakimi Denise Kasper Öztürkün vəkilinin məhkəməyə verdiyi ərizə əsasında yazılı qərarını açıqlayıb. O, Öztürkün deportasiyasının “şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edildiyini iddia edən məhkəməyə müraciəti” yekunlaşana qədər təxirə salınacağını deyib.

Qərarda hökumət tərəfdən lazımi müdafiəni aprelin 1-də günün sonuna kimi məhkəməyə təqdim etməsi istənilib.

ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən Tufts Universitetində doktorantura təhsili alan Türkiyə vətəndaşı Rümeysa Öztürk martın 25-də həbs edilib.

Öztürkün həbs olunduğu anları əks etdirən videoda onun iftar etmək üçün yolda gedərkən mülki geyimli rəsmilər tərəfindən əhatə edildiyi görünür.

Türkiyəli doktorantın HƏMAS-a dəstək verən nümayişlərə qatıldığı iddia olunur.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button