Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün tarixi müəyyənləşib – EKSKLÜZİV

Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünün tarixi müəyyənləşib.

Bu barədə “Report”a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömer Kocaman məlumat verib.

Onun sözlərinə görə, rəsmi Zirvə görüşü 2025-ci il oktyabrında Bakıda keçiriləcək.

Xatırladaq ki, cari ildə TDT-nin rəsmi və qeyri-rəsmi olmaqla iki Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Qeyri-rəsmi sammit mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button