“Türk ordusu bir neçə günə Qarabağı azad edəcək”
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində baş tutur.
Bəzi ekspertlər hərbi təlimlərin təsadüfü olmadığını, Tovuz istiqamətində gedən döyüşlərlə əlaqəli olduğunu iddia edib.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında belə təlimlərin keçirilməsi Ermənistanı ciddi narahat edir:
Qeyd edək ki, bu yaxınlarda ADP sədri Sərdar Cəlaloğlu yaxın günlərdə Qarabağın işğaldan azad ediləcəyi ilə bağlı sensasiyalı açıqlama vermişdi. O qeyd etmişdi ki, Türkiyə Silahlı Qüvvələri bir neçə həftəyə işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başlayacaq.