Türkiyə ABŞ-ın Zəngəzur dəhlizi təklifinə belə REAKSİYA VERDİ

Ərdoğan administrasiyası ABŞ-ın Ermənistandan keçəcək Zəngəzur dəhlizi ilə bağlı bəyanatına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ABŞ-ın dəhlizi idarə etmək niyyətindən xəbərsiz olduqlarını açıqlayıb.

“Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç nəyi şərh edə bilmərik”, – Ərdoğan administrasiyasından bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri, ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bildirib ki, ABŞ Bakı ilə İrəvan arasında danışıqları inkişaf etdirmək məqsədilə Zəngəzur dəhlizini idarə etməyə hazırdır.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button