Türkiyə ABŞ-la məsələni həll etməsə… – Xəbərdarlıq

Türkiyə ilə ABŞ arasında S-400-lə bağlı məsələ həll olunmadığı müddətcə ikitərəfli və beynəlxalq arenadakı qarşılıqlı problemlər müzakirə edilə bilməz.

Bu açıqlama ilə türkiyəli diplomat Faruq Loğoğlu çıxış edib.

S-400 məsələsinin ABŞ ilə danışıqlarda pəncərə rolunu oynadığını deyən keçmiş səfir ölkəsinin bu problemi həll etməsi üçün birtərəfli addım atmalı olduğunu vurğulayıb:

“Avropa Birliyi də Türkiyənin ABŞ-la olan əlaqələrini nəzərə alaraq qərar verəcək. Mart ayında keçiriləcək AB zirvəsinə qədər ABŞ ilə münasibətlər bərpa yoluna girməsə, AB-nin münasibəti də müsbət olmayacaq. Bundan sonra Şərqi Aralıq dənizi ilə bağlı da sanksiyalar gündəmə gətirilə bilər”.

Hamısını Göstər

Related Articles

Back to top button