Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı və Suriya liderləri görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Səudiyyə Ərəbistanı və Suriya liderləri ilə keçirdiyi dödtərəfli onlayn görüşdə mühüm açıqlamalar verib.

Teleqraf-ın xəbərinə görə, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Prezident Ərdoğan Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarını tarixi əhəmiyyətə malik bir addım kimi qiymətləndirib.

O bildirib ki, bu qərar təkcə Suriya üçün deyil, digər ölkələrə də müsbət təsir göstərə və sanksiya siyasətinə yenidən baxılmasına səbəb ola bilər.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Suriyada terrorla mübarizədə Dəməşqə dəstəyini davam etdirəcək.

Türkiyə lideri ABŞ-nin bu addımının sanksiya tətbiq edən digər ölkələr üçün nümunə olacağına inandığını da sözlərinə əlavə edib.

***

11:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş olub.

Teleqraf xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Toplantı onlayn formatda keçirilib.

Danışıqların detalları hələlik açıqlanmayıb.

Xəbər yenilənəcək.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button