Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri təyyarə qəzasını müzakirə etdilər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə bu gün baş vermiş təyyarə qəzasını müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.
“Milli müdafiə naziri Yaşar Gülər Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı axtarış-xilasetmə işləri aparılması üçün Gürcüstan və Azərbatcandan olan həmkarları ilə müzakirə aparıb”, – məlumatda qeyd olunur.
Polise.az



