Türkiyə bunu reallaşdırsa, AB olmayacaq – Şok iddia
Yunanıstanın “Bluesky” televiziya kanalının jurnalisti İoannis Teodoratos 2050-ci ildə Türkiyənin təsir dairəsinə düşəcək xəritə ilə bağlı analiz aparıb.
ABŞ-ın “Stratfor” analitik şirkətinin qurucusu Corc Fridmanın “Gələcək 100 il” adlı kitabında yer alan Türkiyə xəritəsini göstərən İ.Teodoratos bunun hər kəsə xəbərdarlıq olduğunu vurğulayıb.
“Bu kitabda xüsusi bir xəritə var. Bu xəritə 2050-ci ildəki Türkiyənin gücünü göstərir. Bu xəritədə Ərdoğanın 2002-ci ildən bəri yürütdüyü siyasəti izləməyə davam etsək, nələrin olacağını görərik”, – yunan jurnalist qeyd edib.
Yayılan xəritənin Yunanıstan və İsrail üçün xəbərdarlıq olduğunu vurğulayan İ.Teodoratos Türkiyənin qarşısında dura bilməyəcəkləri təqdirdə, bunun gerçəkləşəcəyini deyib:
“İran xəritədən kənardadır, ancaq Səudiyyə Ərəbistanı, ərəb dünyası, Mərkəzi Asiya və Qafqaz xəritə daxilindədir. Misir, Liviya və bəzi ölkələr Türkiyənin təsiri altına girəcək, çünki Türkiyənin prezidentlik sistemi var. Bu sistemin ABŞ kimi ciddi və böyük ölkələrdə olduğunu bilməlisiniz. Özünü qorumaq və gücünü artırmaq istəyənlər sabit sistemə sahibdirlər. Biz isə parlament arenalarında bir-birimizi öldürməyi sevirik”.
Yunanıstanın güclənməsi üçün mütləq parlamentar sistemdən prezident idarəetmə sisteminə keçməyin lazım olduğunu qeyd edən yunan jurnalist zəif və qeyri-sabit bir sistemdə olduqlarını, qarşılarında isə sabit və strategiyası olan Türkiyənin durduğunu söyləyib.
Bu xəritənin gerçəkləşəcəyi təqdirdə, Rusiyanın artıq mövcud olmayacağını və Avropanın tamamilə parçalanacağını iddia edən Teodoratos analizinə belə yekun vurub:
“Rusiyanın onsuz da iqtisadi baxımdan bir çox problemi var. Əksər hərbi layihələrin çoxu həyata keçirilmir, ya da ləngiyir. T-14 (tank) və Su-57 (hərbi təyyarə) yüksək maliyyə tələb edən layihələrdir, buna görə də köhnə sistemə geri qayıtmağı düşünürlər. Avropa Birliyi dağılarkən, bizim burada tətil etmək hüququmuz yoxdur, demək olar ki, bütün ilboyu Yunanıstanda tətildəyik. Buna görə də hazırlıq görmək üçün qərar verməli, həm də hazırlıq səviyyəmizə diqqət yetirməliyik”.
Qeyd edək ki, “Stratfor” analitikinin yaydığı xəritə artıq bir neçə gündür dünya mediasının gündəmini zəbt edib.