Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyyəsinə başlanılıb
Türkiyə Silahlı Qüvvələrinə aid şəxsi heyət və texniki vasitələrin Əfqanıstandan təxliyyəsinə başlanılıb.
“Anadolu” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, silahlı qüvvələrin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi və vətənə qürurla qayıtdığı vurğulanır.
Həmçinin, bugünədək 1129 mülki vətəndaşın təxliyə edildiyi bildirilir.



