Türkiyə ilə Ukrayna arasında siyasi məsləhətləşmələr aparılacaq
Türkiyə ilə Ukrayna arasında ikitərəfli və regional məsələlər üzrə siyasi məsləhətləşmələr aparılacaq.
Polise.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, iki ölkə rəsmilərinin görüşü dekabrın 5-də baş tutacaq. Görüşdə Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar ilə ukraynalı həmkarı Yevhen Perebyinisin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək.
Polise.az