Türkiyə kosmosda hibrid raket mühərrikini sınaqdan keçirən ilk ölkə oldu

Türkiyənin tam yerli imkanlarla hazırladığı ilk orbital yedəkçi FGN-TUG-S01 kosmosda kritik manevri uğurla icra edib.
Musavat.com xəbər verir ki, Bu, real orbital şəraitdə hibrid raket mühərrikindən istifadə edilən ilk sınaq kimi dünya tarixində qeydiyyata düşüb.
Kritik manevrdən dərhal sonra aparat üzərinə yerləşdirilmiş CubeSat tipli mini-peyki də uğurla ayırıb. Bu proses Türkiyənin kosmik texnologiyalarda sürətlə irəliləyiş əldə etdiyini və yeni nəsil mühərrik sistemləri üzrə qlobal yarışda ön sıralara yüksəldiyini göstərir.
Bu sınaq Türkiyənin milli kosmos proqramında mühüm mərhələ hesab olunur.

Polise.az



