Türkiyə lideri Tramp ilə Ukrayna üzrə sülh prosesini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda apardığı müzakirələrdən sonra ABŞ lideri Donald Tramp ilə Ukrayna üzrə sülh planını müzakirə etməyi gözlədiyini bildirib.

Polise.az  xəbər verir ki, bu barədə Türkiyə lideri Türkmənistana səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı prosesə Donald Tramp rəhbərlik edir və Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı tərəfdaşlarla daim təmasdadır:

“Biz liderlərlə mütəmadi olaraq telefon danışıqları aparırıq. Putinlə bu görüşdən sonra Tramp ilə də sülh planını müzakirə etmək imkanı əldə edəcəyimizə ümid edirik. Sülh uzaqda deyil, biz bunu görürük”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button